Qeydiyyat
Yaya.azportalından istifadə şərtləri
Əsas anlayışlar
- “İstifadəçi” – Yaya.az portalında qeydiyyatdan keçmiş Sifarişçi və ya İcraçı.
- “Sifarişçi” – Yaya.az portalında “Qeydiyyat” səhifəsində “Sifarişçi” kimi qeydiyyatdan keçmiş, sifarişlərin yerləşdirilməsi ilə məşğul olan istifadəçi.
- “İcraçı” - Yaya.az portalında “Qeydiyyat” səhifəsində “İcraçı” kimi qeydiyyatdan keçmiş, sifarişlərin icrası ilə məşğul olan istifadəçi.
Sayta daxil olmaqla, siz aşağıdakı şərtlərlə razılaşırsınız:
- Yaya.az portalı yerləşdirilən sifarişlərin mətninə görə heç bir öhdəlik daşımır.
- Yaya.az portalında yerləşdirilən sifarişlərin mətninə görə məsuliyyət sifarişi yerləşdirən istifadəçinin üzərinə düşür.
- Yaya.az portalı icraçılar tərəfindən sifarişçilərə göstərilən xidmətlərin keyfiyyəti, vaxtında çatdırılıb-çatdırılmaması və s. görə məsuliyyət daşımır.
- Yaya.az portalı icraçılar tərəfindən göstərilən xidmətlərə görə heç bir komissiya, rüsum və s. ödəniş tələb etmir.
- İcraçı ilə sifarişçi arasındakı münasibətlər Yaya.az portalının üzərində heç bir öhdəlik yaratmır.
- Xidmətlərin icrasına görə ödəniş icraçı ilə sifarişçi arasında aparılır. Buna müvafiq olaraq, icraçı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq vergilərin ödənilməsinə cavabdehdir.