+ Sifariş yerləşdir
  • Haqqinda
  • Portfolio
  • Rəylər

Şəxsi inkişaf və karyera təlimçisi

Tofiq Sadıxov - Şəxsi inkişaf və karyera üzrə təlimçi/koaç



2007-2011-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında bakalavr təhsilini alıb.



2008-2009-cu illərdə Vətəndaş Cəmiyyətində Debat İB-nin Respublika Məktəbli Debatları proqramının koordinatoru, 2009-2010-cu illərdə Respublika Tələbə Debatları proqramının koordinatoru olub.



2008-2010-cu illərdə "Sağlam Düşüncə" Gənclər təşkilatının idarə heyəti üzvü, 2010-2012-ci illərdə həmin təşkilatın sədri olub.



2011-2012-ci illərdə "SOS Uşaq Kəndləri Azərbaycan Assosasiyası" Ailələrə dəstək layihəsində sosial işçi kimi çalışıb.



2012-ci ildə FİFA U17 Qadınlararası Futbol üzrə dünya çempionatında Komandalara Xidmət Departamentinin Mütəxəssisi olaraq çalışıb.



2013-2014-cü illərdə "Gənc Xəzər Mühəndisləri" İB-nin layihələr direktoru olub.



2014-2015-ci illərdə İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruq İdarəsində mütəxəssis, Şirvanşahlar Dövlət Tarix-Memarlıq Qoruq İdarəsində İctimaiyyətlə əlaqələr və kütləvi iş şöbəsinin direktor müavini vəzifələrində çalışıb.



2015-ci ilin mart ayından Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsində baş məsləhətçi vəzifəsində çalışıb.



2016-2017-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunda Dəftərxana və İKT şöbəsinin baş mütəxəsisi və Mətbuat katibi vəzifələrində çalışıb.



2017-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Təhsil Nazirliyi nəzdində Azərbaycan Respublikası Təhsil İnstitunun Milli və beynəlxalq qiymətləndirmə tədqiqatları şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışır.



**********************************************************************************************************



2012-cü ildən AEGEE-Bakı - Avropa Tələbələr Forumu Bakı İB-nin Fəxri üzvüdür.



2010-cu ildən sərbəst peşəkar təlimçiliklə məşğuldur. Gürcüstan, Rusiya, Ukrayna, Makedoniya, Türkiyə, Ruminıya, Maldova, İngiltərə, Fransa, Malayziya və digər ölkələrdə müxtəlif seminar, konfrans və təlimlərdə iştirak edib.



Son 8 il ərzində bütün Azərbaycan üzrə 5000-dən çox gəncə və iş adamına təlim keçib.



Bu vaxta qədər işlədiyi dövlət qrumlar :Mərkəzi Bank, ASAN xidmət, Azərbaycan Respublikası Həmkarlar Konfederasiyası, AR Gənclər və İdman Nazirliyi, AR Təhsil Nazirliyi, İçərişəhər Dövlət Tarixi Memarlıq Qoruq İdarəsi, Binəqədi rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Gənclər Fondu, Azərbaycan Respublikası Bilik Fondu, SOS-Uşaq Kəndləri Azərbaycan və s.



Özəl qrumlar : NAR Mobile, İSTƏK liseyləri, Dərs Evi, EDU.co, CETA, GULF, İB club, Grow Center, Uğur Akademiyası və s.



Eyni zamanda Natiqlik, Layihə yazılışı, İdarəçilik, Komanda işi mövzularında sərbəst təlimçi və ekspert kimi çıxış edir.

0 rəy